AZ EN RU

Anar Rzayev: COP29 tədbirinədək Bakıya 160 yeni ekektrikli avtobus gətirilərək istifadəyə veriləcək

Bu ilin əvvəlində paytaxtda 200 yeni avtobus xəttə buraxılıb və yaxın vaxtlarda daha 200 avtobus istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bildirib.

Qeyd edib ki, COP29 tədbirinə qədər Bakıya 160 yeni ekektrikli avtobus gətirilərək istifadəyə veriləcək. “Ümumilikdə, Bakıda 360 avtobusun istifadəyə verilməsi nəzərdə tutulub. Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal “əkiz”ində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb" - deyə A.Rzayev əlavə edib.

AYNA-nın sədri qeyd edib ki, şəbəkə üzrə ilk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini Hövsan və Mərdəkanı mərkəzlə əlaqələndirən marşrutlardır.

Nəşr edilib : 11.07.2024 15:48