AZ EN RU

ANAMA-nın kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis edilən ANAMA-nın 26-cı ildönümü ilə əlaqədar Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri qoyulub.

ANAMA-dan  bildirilib ki, ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nəşr edilib : 18.07.2024 16:42