AZ EN RU

Almaniyada keçirilən Avropa çempionatı başa çatıb

"Şərq qapısı" xəbər verir ki, İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib. Görüşdə 2:1 hesabı ilə qalib gələn İspaniya yığması 4-cü dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, ispanlara qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə fərqlənib.

Nəşr edilib : 15.07.2024 01:06