AZ EN RU

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

Sabah Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir.

Bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.

QMİ sədri avqustun 4-5-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək.

A.Paşazadənin səfər çərçivəsində Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Nəşr edilib : 02.08.2024 13:24