AZ EN RU

Ali Məclisə seçkilərlə əlaqədar “Namizədlər üçün yaddaş” kitabçası hazırlanıb

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası  2024-cü il sentyabrın 1-nə təyin edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin həyata keçirilməsində başlıca məqsəd qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.
Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, ətraflı şəkildə göstərilib.
Yaddaş kitabçası "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Aşağıdakı linkə keçid edərək "Namizədlər üçün yaddaş"  kitabçası ilə tanış ola bilərsiniz. 
https://nmsk.gov.az/az/pages/ali-meclise-seckilerde-namizedler-ucun-yaddas-kitabcasi

Nəşr edilib : 13.07.2024 11:45