AZ EN RU

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin namizədliyi təsdiqlənib

Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi təşkilatın Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib.

Bu vəzifədə Toivo Klaarı əvəz edəcək Avropa İttifaqının xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrono təyin olunacaq.

Yaxın vaxtlarda onun namizədliyinin Avropa İttifaqı Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.

Nəşr edilib : 17.07.2024 15:24