Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı kollektivi “İnanmayaq tülkülərə” tamaşası ilə çıxış edib. Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinin motivləri əsasında hazırlanan tamaşa balacalar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Folklorumuzun zənginliyini və müdrikliyini göstərən tamaşada nağıl qəhrəmanları ustalıqla canlandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti