Burada xüsusi kateqoriyadan olan uşaqların istirahət və əyləncəsinin təşkili ilə yanaşı onların maariflənməsinə də xüsusi diqqət yetirilir. Belə ki, "Yay məktəbi" çərçivəsində uşaq hüquqları ilə bağlı seminar keçirilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva ölkəmizdə uşaq hüquqlarının qorunmasından, muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasətindən, Komitə tərəfindən bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb. Seminarın sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzuda hazırlanmış broşürlar seminar iştirakçılarına paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti