AZ EN RU

Adil Muradov: “Mediaturun məqsədi islahatların Naxçivan Baş Gömrük İdarəsinin fəaliyyətinə təsirini əyani şəkildə izləmə imkanının yaradılmasından ibarətdir

Dövlət Gömrük Komitəsi Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov: “Mediaturun məqsədi islahatların Naxçivan Baş Gömrük İdarəsinin fəaliyyətinə təsirini real, əyani şəkildə izləmə imkanının yaradılmasından ibarətdir

Dövlət Gömrük Komitəsi tərəfindən ictimai şüranın üzvləri media nümayəndələrinin Naxçıvan  Baş Gömrük İdarəsində 2 günlük səfəri təşkil edilib. Səfərin əsas məqsədi iştirakçıların Gömrük Komitəsi tərəfindən son dövrlərdə həyata keçirilən islahatların Naxçivan Baş Gömrük İdarəsinin fəaliyyətinə təsirini real, əyani şəkildə izləmə imkanının yaradılmasından ibarətdir. Belə ki, səfər çərçivəsində iştirakçılar son dövrlərdə gömrük inkişaf modelinə uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan, tətbiqinə başlanmış lahiyələrin təsirini real vaxt rejimində  gömrük nəzarəti ilə gömrük  rəsmləşdirilməsi   proseslərinin təsirini əyani şəkildə izləyə biləcəklər. Səfər çərçivəsində iştirakçılar Rəsmiləşdirmə Mərkəzində və sərhəd-buraxılış məntəqələrində sərhədkeçmə və gömrük rəsmiləşdirmə prosesləri ilə yaxından tanış olublar. Gömrük laboratoriyasında mallar barədə gömrük ekspertizasının həyata keçirilməsi, xidməti itlərlə nəqliyyat vasitələrin, çantalarda, baqajlarda olan narkotik vasitələrin aşkar edilməsi üsulları, eyni zamanda fiziki baxışın aparılması barədə məlumatlar verilib və onlar bu prosesi əyani şəkildə izləyiblər.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.07.2024 18:03