AZ EN RU

ABŞ prezident seçkiləri, yoxsa dünyada baş verən münaqişələrə demokratik səsləniş?

Prezident seçkiləri yaxınlaşdıqca əksər ölkələrdə namizədlər öz ölkəsinin rifahı üçün müəyyən vədlər irəli sürür. Bəzi namizədlər ölkələrindəki daxili siyasətlə yanaşı yeritdikləri xarici siyasətlərlə də digər ölkələrin diqqətini çəkməyi bacarır.

2022-ci ildə Türkiyədə keçirilən prezident seçkilərini yadımıza salsaq görərik ki, Azərbaycan açıq şəkildə seçkilər zamanı öz mövqeyini bildirməkdən çəkinmədi.

Amerika seçkiləri nə yerdədir?

Sosial mediadan gündəlik dünya siyasətini və gedişatını izləmək Amerikada keçiriləcək seçki siyasətini açıq-aydın görməyimizə imkan yaradacaq. Şübhəsizdir ki, siyasi gedişatların hər birini sosial mediadan görərək güvənmək mümkünsüz bir arqument olar, lakin tarixi gedişata və əvvəlki seçki namizədlərinin qalib gəldikdən sonra yeritdiyi siyasətə diqqət etsək görə bilərik ki, həmin yeridilən siyasətlər hələ də öz mövqeyini itirmir.

Onu da qeyd edək ki, ABŞ-də keçiriləcək olan seçkilər noyabrın 5-nə təyin edilib. Bu seçkilərdə Amerikanın 47-ci prezidenti seçiləcək və qalib gələn namizəd üçün andiçmə mərasimi 2025-ci il yanvar ayının 20-də keçiriləcək.

2020-ci ildə ABŞ-də keçirilən prezident seçkilərində Co Bayden öz rəqibi Donald Trampa qalib gələrək Amerikanın 46-cı prezidenti olmuşdu. 2024-cü ildə də bu iki rəqibin bir-biri ilə üzləşməsini gözləyirdik. Co Bayden prezident seçkilərində namizədlikdən geri çəkildiyini bildirdi.

Artıq seçkilərdə hələlik iki namizəd – Demokratlar Partiyasının siyasətçisi və Amerikanın ilk qadın vitse-prezidenti Kamala Harris və Respublikaçılar Partiyasının siyasətçisi Donald Tramp mübarizə aparacaq.

Trampın Azərbaycan-Ermənistan, Ukrayna-Rusiya məsələlərindəki sülh planı 

Amerika və prezidentlik adı gəldikdə insanın ağlına iki ad mütləq gələcək. Bunlarda biri hazırda prezidentlik vəzifəsini icra edən Co Bayden, digəri isə apardığı siyasətlə ABŞ əhalisinin sevgisini qazanmağı bacaran Donald Trampdır. Tampın artıq nümayişlərdə çıxış edərək öz daxili siyasətinin təbliğatını apardığını görmək mümkündür. Hətta həmin çıxışların biri zamanı Donald Tramp sui-qəsd nəticəsində yaralanıb.

Həmin sui-qəsddən sonra əksər siyasət xadimi və dövlət başçısı həmin məsələyə fikir bildirərək atılan bu addımın yanlış olduğunu qeyd etd. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisəyə münasibətini “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”, sözləri ilə bildirildi. Eyni zamanda dövlət başçısı tərəfindən Trampa qarşı atılan bu addım demokratiyaya edilən ləkə kimi dəyərləndirildi.

Prezident namizədlərindən Tramp Demokratlar Partiyasının siyasəti haqda danışaraq qeyd edir ki, Demokratlar Partiyası tamamilə lazımsız bir partiyadır. Heç şübhəsiz ki, həmin ifadəni işlətməkdə Respublikaçılar Partiyasının etdiyi sülh və demokratiya işlərinin Demokratlar Partiyasındasından daha çox olduğuna bir vurğu verməkdir.

Donald Trampın eyni zamanda Azərbaycan və Ermənistan arasında baş verən münaqişəyə obyektiv yanaşması da diqqətlərdən yayınmamışdı. Tramp siyasətinin ən başlıca mövqelərindən biri tərəfsizlik prinsipidir. Hər hansı bir siyasi məsələnin şəffaflıqla həll olunması Tramp siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Bunun ən bariz nümunəsini 19 yanvar 2019-cu ildə Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana yazdığı məktubda görə bilərik. Məktubda qeyd olunur “Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək”.

Lakin bütün bunlara baxmayaraq 2020-ci il 27 sentyabr tarixdə Ermənistan Respublikasının atəşkəsi pozması ilə Ermənistanın tez-tez dilə gətirdiyi “demokratik” ideyalarını yerlə bir etdi. Bu məsələdə əksər dünya dövləti kimi ABŞ-nin ovaxtkı prezidenti Donald Tramp da Qarabağ məsələsində atəşkəsin pozulmasına münasibətini “Gözləntilərim doğrulmadı”. sözləri ilə bildirdi.

Qarabağ məsələsində tək Azərbaycanın bu işi sülh yolu ilə bitirməsinə tərəfdar olmağa çalışan Trampın indiki vədlərindən biri isə Rusiya və Ukrayna müharibəsinə son qoyaraq sülhsevər bir cəmiyyət yaratmaqdır.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 08.08.2024 14:52