AZ EN RU

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

2023-cü ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 748 nüvə başlığına malikdir.
“Şərq qapısı” xəbər verir ki, bu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında dərc olunan məlumatlarda göstərilib.
Qeyd olunub ki, ABŞ-ın nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 217 başlığadək azaldılıb.
ABŞ 1994-cü ildən 2023-cü ilə qədər ümumilikdə 12 088 nüvə başlığını, o cümlədən 2020-ci ildən bu yana 405 nüvə başlığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.

Nəşr edilib : 21.07.2024 09:11