AZ EN RU

ABŞ ballistik raketlərin inkişafı proqramını elan edəcək

ABŞ-nin Müdafiə Nazirliyi gələn həftə qitələrarası “Sentinel” ballistik raketlərin inkişafı proqramı haqqında yeni məlumat yayacaq.
Bu barədə “Şərq qapısı” xarici KİV-lərə istinadən xəbər verir.
"Müdafiə Nazirliyi gələn həftənin əvvəlində “Sentinel” proqramı haqqında məlumat yaymağı planlaşdırır", - Pentaqondan bildirilib.
Bundan əvvəl “Reuters” agentliyi inkişaf proqramının təxminən 65 milyard dollar bahalaşdığını bildirmişdi.
Müdafiə nazirinin satınalma və maddi-texniki təminat üzrə müavini Bill Laplant daha əvvəl bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyi “Sentinel” proqramından imtinanı və ona dəyişikliklər təklif etməyi düşünür. O, “Sentinel” proqramının icrasının, o cümlədən podratçılarla əvvəlcə əlaqə yaratmaq lazım olduğu səbəbindən gecikdiyini təsdiqləyib.

Nəşr edilib : 07.07.2024 09:12