AZ EN RU

Abbas İsmayılov: "Naxçıvanda özəl sektora dəstək davam etdirilir"

2024-cü ilin 6 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Ordubad rayonunda keçirilən mətbuat konfransında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.

Nəşr edilib : 17.07.2024 12:16