AZ EN RU

8 saylı Düdəngə Dairə Seçki Komissiyası Qərar

Düdəngə kəndi

14 avqust 2024-cü il


8 saylı Düdəngə Dairə Seçki Komissiyası “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 20.4, 20.13, 29.1.1, 31.2, 63 və 99.1-ci maddələrini rəhbər tutaraq qərara alır:
1. 01 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 8 saylı Düdəngə Seçki Dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisə Seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etmədiklərindən həmin şəxslərə “Naxçıvan Muxtar Respublikası Ali Məclisə Seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 99.1-ci maddəsini rəhbər tutaraq media vasitəsi ilə xəbərdarlıq edilsin.
2. Bu qərar media subyektlərində dərc olunsun.


Sədr: Abbasov Toğrul Teymur oğlu
Katib: Həsənov Hicran İmran oğlu

Nəşr edilib : 14.08.2024 19:27