AZ EN RU

30 ildən sonra nəşi tapılan şəhid Bəxtiyar Hümbətov Yevlaxda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hümbətov Bəxtiyar Əliş oğlunun meyitinin qalıqları Yevlaxda dəfn olunub.

Rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Cənazə namazından sonra şəhid Bəxtiyar Hümbətov yaylım atəşilə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilib.

Qeyd edək ki, 1974-cü ildə Yevlax şəhərində anadan olan Bəxtiyar Hümbətov Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşüb.

Nəşr edilib : 19.07.2024 16:51