AZ EN RU

2024-cü ilin ötən dövründə ümumtəhsil məktəblərindən müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə cari ilin ilk 6 ayı ərzində müxtəlif idman və bilik yarışları keçirilib.        

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində bəhs olunan dövrdə “Doğma diyarım Naxçıvan –100”, “Naxçıvan qədim yaşayış məskənidir”, “Naxçıvan – doğma diyarım”, “Kim tez tapar?”, “Naxçıvanın tarixi”, “Vətəni tanı”, “Doğma yurdum Naxçıvan!”, “Naxçıvanın tarixini öyrənək”, “Naxçıvanımızı tanıyaq” mövzularında bilik yarışları, “Muxtariyyət kuboku”, “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunları və viktorinalar təşkil olunub. Bununla yanaşı idmanın atletika, sərbəst güləş, stolüstü tennis, badminton, futbol və voleybol növləri üzrə yoldaşlıq görüşləri, rayonlararası yarışlar, rayon birincilikləri keçirilməsi diqqət mərkəzində saxlanılıb, şagirdlər “Şən startlar” idman yarışında və şahmat oyunlarında  güclərini sınamayıblar.

Bülbül QULİYEVA

Nəşr edilib : 13.08.2024 16:23