AZ EN RU

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyası Kuralının 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Şakir Pünhan oğlu Ağayev

Arzu Sədrəddin oğlu Məlikov

Aydın Məmməd oğlu Lətifov

Əli Allahverdi oğlu Rzayev

Həsrət Əhməd oğlu Fərzəliyev

Namik Qədir oğlu Bəbirov

Abduləziz Abdulla oğlu Abşarov

Hənif Adil oğlu Məmmədov

Mətin Fərəc oğlu Quliyev

Rəşad Əbülfəz oğlu Məmmədov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Çingiz Yusif oğlu Əhədli.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr            Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Nəşr edilib : 12.07.2024 20:52