AZ EN RU

2023-cü ildə Türkiyəyə köçən xaricilərin 8 faizdən çoxu Azərbaycan vətəndaşı olub

2023-cü ildə Türkiyəyə köçən xaricilərin 8,2 faizi Azərbaycan vətəndaşı olub.

Bu barədə Türkiyə KİV-i məlumat alıb.

Bildirilib ki, bu siyahıda ilk yeri Rusiya tutur. Belə ki, Türkiyəyə köçən xaricilərdən 13,2 faizi Rusiyadan olub.

Növbəti yerlərdə isə Türkmənistan (7,3 faiz), İran (6,7 faiz) və Əfqanıstan (5,9 faiz) təşkil edir.

Türkiyədən köçən xarici vətəndaşlar arasında ən çox pay sahibi 17 faiz ilə Rusiya vətəndaşlarına məxsusdur. Növbəti yerlərdə isə İraq (15,7 faiz), Əfqanıstan (8,3 faiz), İran (6,5 faiz) və Türkmənistandır (4, 9 faiz).

Nəşr edilib : 23.07.2024 09:47