AZ EN RU

20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.

Nəşr edilib : 20.01.2023 15:57