AZ EN RU

İqtisadiyyat


Naxçıvanda əsas kapitala nə qədər vəsait yönəldilib?

Cari ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 495 min 400 manat vəsait yönəldilib. "Şərq qapısı" xəbər verir ki, bu da bir il öncəki göstəricidən 27,3 faiz azdır. Əsas kapitala vəsait qoyuluşunun 29 milyon 427 min 500 manatı və ya 80,6 faizi tikinti-quraşdırma ..

Nəşr edilib : 14.05.2024 12:20
Ardını oxu

Naxçıvanda sərnişin daşınması 1 faiz artıb

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2229,7 min ton yük, 14942,4 min sərnişin daşınıb. Bu barədə "Şərq qapısı"-na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 1 faiz artıb...

Nəşr edilib : 14.05.2024 12:19
Ardını oxu

Muxtar respublikada ÜDM istehsalı artıb

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Bu barədə "Şərq qapısı"-na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ü..

Nəşr edilib : 14.05.2024 12:17
Ardını oxu

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olmuşdur ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olmuşdur. *** 2024-cü ilin yanvar-aprel aylarında ..

Nəşr edilib : 14.05.2024 12:10
Ardını oxu

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Qırğızıstanın Milli Bankı (QRMB) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında Anlaşma Memorandumu imzalanıb Memorandum QRMB-in sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb. AMB-nin sədri Taleh Kazımov memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə..

Nəşr edilib : 14.05.2024 10:29
Ardını oxu

Azərbaycanda idxalı və satışı ƏDV-dən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiq edilib

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, siyahıya 48 növ gübrə və 28 növ pestisid daxildir...

Nəşr edilib : 14.05.2024 10:10
Ardını oxu

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,68 % azalaraq 84,48 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdc..

Nəşr edilib : 14.05.2024 09:15
Ardını oxu

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-..

Nəşr edilib : 13.05.2024 12:16
Ardını oxu

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb...

Nəşr edilib : 13.05.2024 10:13
Ardını oxu

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb

İndiyədək Azərbaycan ərazisində 97 735 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb. Bu ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur...

Nəşr edilib : 12.05.2024 14:26
Ardını oxu