Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib...
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,4 milyon nəfərdən çox olub. Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verilir ki, ötən sutka ərzində 2 milyon 407 min 902 nəfər yeni koronavirusa yoluxub, 6 min 627 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanları..
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ildə də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir. 2021-ci ilin ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə ba..
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Tərəqqi” medalı təltifçisi, “Qızıl qələm” mükafatı laureatçısı, Jurnalistlər Birliyinin üzvü, 2 mindən artıq analitik məqalənin, ictimai-siyasi mövzulu araşdırmaların, 30-dan artıq kitabın redaktoru, tərtibçisi, “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini İxtiyar Hüseynli və qəzetin Parlament və s..
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 yanvar 2022..
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Novruz oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin. VASİF TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ..
Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) təşkil olunacaq. DİM-dən bildiriblər ki, qeydiyyat fevralın..
Koronavirusun gələcək variantları “omikron”dan daha yoluxucu ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove təşkilatın sosial şəbəkələrdə yayımlanan “Beş dəqiqə ərzində elm” proqramında çıxış edərkən bildirib. O deyib: “Bu virus nə qədər çox dövr edərsə, onun bir o qədər daha çox dəyişilmək imkanı var. ..
“Ankara və Vaşinqton arasında “F-35” qırıcılarının tədarükü ilə bağlı danışıqlara yanvarın sonu - fevralın əvvəlində başlanılacaq”. Bunu Türkiyənin müdafiə naziri Hülusi Akar deyib. Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə “F-35” qırıcılarının tədarükü proqramınd..