AZ EN RU

Qızılgül çiçək açdı, bağça oldu, bar oldu

Gözəl bir yaz səhəri Günəş dağların arasından boylanmağa vaxt tapmamış biz də Günəşi salamlayan zəhmətkeş insanlarımızla birlikdə Şərur rayonundayıq. Bu gün haqqında danışacağım təsərrüfat sahibi Şərur rayon sakini Müqabil Zamanov illər öncə ailə təsərrüfatı qurub; 8 ildir ki, gülçülüklə məşğuldur. Onunla həmsöhbət olduğumuzda dedi ki, qızılgül mür..

Nəşr edilib : 03.06.2024 15:00
Ardını oxu

Günəşdən əvvəl oyananlar

Onlar qədim diyarın zəhmətkeş insanlarıdır.  Günəş dağların arxasından boylanmağa macal tapmamış ondan əvvəl oyanıb alın tərini torpağa qatıb  zəhmətlə öz günlük ruzisini qazananlar.  Atalar, analar, oğullar, qızlar, gəlinlər... Kimi səhər erkəndən istixanaya daxil olub tərəvəz toplayır, kimisi inəyi sağıb pendir tutur. Günə erkən başlayanların bir..

Nəşr edilib : 01.06.2024 17:52
Ardını oxu

Xarici ölkələrin dövlət başçılarının Qarabağa səfərləri rəmzi məna daşıyır

Qarabağın işğaldan azad edilməsi, bəlkə də, çoxlarına xəyal kimi görünsə də, biz bir olub, birləşib 30 il mübarizə apardıq, gücləndik və 1990-1994-cü illərdə qeyri-bərabər döyüşlərdə itirdiyimiz 20 faiz torpağımızı 2020-ci ildə cəmi 44 gündə geri aldıq. Postmüharibə dövründə düşmənin xarabaya döndərdiyi, minalar döşədiyi ərazilərə ölkə başçısının g..

Nəşr edilib : 29.05.2024 14:04
Ardını oxu

Həmin gün Günnütdə dalğalan bayraq indi Şuşanı bəzəyir

Artıq 6 ildir ki, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı “Günnüt” yazılan lövhəyə baxanda qürur hissi keçiririk. Çünki bu lövhənin göstərdiyi istiqamətə gedən yol bizi azad Vətən torpağına aparır. Amma elə-belə sadə bir yol deyil bu yol. Qəhrəmanlıq dastanıdır bu yol, şərəf qeyrət igidlik yoludur. 34 il bundan öncə isə bu lövhəyə baxanda bu..

Nəşr edilib : 27.05.2024 09:00
Ardını oxu

“Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində olub

Görüş zamanı baş redaktor bildirib ki, jurnalın növbəti nömrəsi Naxçıvan Muxtar Respublikasının yaranmasının yüzillik yubileyinə həsr ediləcək. Eldar İsmayılov onu da qeyd edib ki, Türk dünyasına qapı olacaq Naxçıvan Vətən  müharibəsindən sonra Zəngəzur dəhlizi vasitəsilə türk dövlətlərini bir-birinə birləşdirən körpüyə çevriləcək. Bütün bunlar isə..

Nəşr edilib : 24.05.2024 16:17
Ardını oxu

103 yaşlı qoca çinarın – “Şərq qapısı”nın kölgəsində

Amalımız dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etməkdir Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm. Artıq 10 ilə yaxındır ki, əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin rəsmi təsisçilik hüququnun Naxçıv..

Nəşr edilib : 04.05.2024 10:11
Ardını oxu

Dağlar qoynundan boylanan tarix

Dağlarından kəklikotu ətri gələn, tarixi, mədəniyyəti ilə Naxçıvan torpağını yaxın-uzaq ellərdə tanıdan bu kənd tarixboyu, elə bu gün də keçmişi ilə tədqiqatçıların diqqətini özünə cəlb edir. Bu yaşayış məntəqəsi təkcə muxtar respublikanın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla daim diqqət mərkəzində olub.  ..

Nəşr edilib : 25.04.2024 10:32
Ardını oxu

Molla Pənah Vaqifin məzarı başında...

Gözəl bir yaz səhəri Şuşada Azərbaycan ədəbiyyatına öz dəst xətti ilə möhür vuran Molla Pənah Vaqifin məzarı başında dayanmışam. Sanki baxışlarımız qarşılaşır və fikrimdə, düşüncəmdə bir anlıq onunla həmsöhbət oluram: Qarabağ xanlığının ən vəfalı, düşüncəli, xalqını sevən vəziri, Azərbaycanın söz ustadı, illərlə ruhun narahat gəzəndə Şuşanın dü..

Nəşr edilib : 19.04.2024 14:16
Ardını oxu

Mən atamın davam edən həyatıyam

Bir şəhid oğlunun dilindən Bu mənəm, anamın gözünün nuru, atamın üzümü görmədiyi, onun azad etdiyi torpaqlarda ilk addımını atan onun adaşı Qabil. Mən Aprel qələbəsi ilə yaşıd kiçik oğlan uşağı, atamın göy üzündəki qanadı, bu dünyada davam edən həyatıyam. Mən dünyaya gəlməzdən öncə atamla yoldaşları düşməni qovublar yurdumuzdan. Özü əbədiyyətə g..

Nəşr edilib : 11.04.2024 11:05
Ardını oxu

Torpağından qəhrəmanların ətri gələn, bulaqlarının gözündən vətənpərvərlik süzülən cənnətdir Şuşa

Şuşaya şəhid ailələri ilə birlikdə qədəm qoyarkən bir anlıq xalqımızın qəhrəman oğullarının yaxınlarına nəzər salıram. Körpələrin atası, anaların balası, əlinin xınası getməyən gəlinlərin həyat yoldaşları, bacıların qardaşı, qardaşların, ataların arxa-dayağı olan oğulların qanı ilə sulanan bu torpağa baxıram. Dilə gəlir düşüncələrim, səslənirəm Şuş..

Nəşr edilib : 11.04.2024 09:30
Ardını oxu