AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur  rayonunun  Çərçiboğan kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan Süleymanovlar ailəsinə baş çəkilib.
    Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün vaxtaşırı görüşlər təşkil edilir, məşğulluq problemləri həll olunur, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
    Sonra xüsusi qayğıya ehtiyacı olan ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun köməklik göstərilib.
    Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
 mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 20:06