AZ EN RU

Uğur qazanan idmançı ilə görüş

    Muxtar respublikada gənclər və idman sahəsinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, yeniyetmə və gənc idmançıların uğurları hər ötən il daha da yüksəlir. Uğurlu idmançılardan biri də Sadiq Kərimovdur. Cəmi 14 yaşı olmasına baxmayaraq, universal döyüş üzrə dünya çempionatları və dünya kuboklarından 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmağı bacarıb. Qarışıq döyüş növlərində bir sıra ölkə miqyaslı uğurları var. Hazırda güləşçi kimi karyerasını davam etdirir. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı idmançı ilə görüşdə sadalanan nəticələrin önəmli nailiyyət olduğunu vurğulayıb və davamlı olacağına inamını ifadə edib. Nazir idmançının fiziki hazırlıq səviyyəsi, təhsil həyatı və gələcək planları ilə maraqlanıb. 
  Nazirliyin yaradılmasının 28-ci ildönümünə təsadüf edən görüş zamanı Sadiq Kərimov əlamətdar gün münasibətilə kollektivi təbrik edib, göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirərək, ona olan etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacağını deyib.
    Ramil Hacı idmançıya karyerasında müvəffəqiyyətlər arzulayaraq son illərdəki fəaliyyətinə görə onu nazirlik adından diplomla təltif edib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 30.12.2022 20:59