AZ EN RU

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olacaq

Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının olacağı gözlənilir.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Əldə edilən məlumata görə, prezidentlər arasındakı danışıq Ankara vaxtı ilə saat 16.00-da baş tutacaq.

Nəşr edilib : 01.04.2022 16:25