AZ EN RU

Türkiyə komandası 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasını qalibiyyətlə başa vurub

    “Türkiyə-Red” komandası 9 turdan ibarət 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasını qalibiyyətlə başa vurub. 
    Olimpiadanın 7-ci turunda “Azərbaycan-Naxçıvan” komandası bu turda Honqkonq yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Çheng Justin Hong-Cehn ilə oyunda da qələbəni təmin edib. Rza Həsənli-Yiheng Li, Rəcəb Abdullabəyli-Ben Han Xuqain  qarşılaşmasında isə təmsilçilərimiz ağ-qara masanı məğlub tərk ediblər. Komandamızın qız təmsilçisi Nazlı Hümbətova isə Liyun Lang ilə görüşdən qalib ayrılıb. Komandamız rəqiblə hesabı bərabərləşdirib – 2:2. Ötən turu qələbə ilə başa vuran “Azərbaycan-1” komandası Qazaxıstan komandası ilə görüşdə uğurunu təkrarlaya bilməyib – 1,5:2,5. “Azərbaycan-3” komandası isə “Gürcüstan-2” komandası ilə görüşdə rəqibinə şans tanımayıb – 4:0. “Azərbaycan-Sumqayıt” komandası isə “CAR-2” komandası ilə görüşdən məğlub ayrılan tərəf olub –  3:1. Meksika yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası isə heç-heçə edib – 2:2. Digər bir təmsilçimiz “Azərbaycan-4” komandası da “Gürcüstan-1” komandası ilə bərabər edib – 2:2.
    Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası növbəti dəfə İran yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib – 3:1. 7-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
    Hindistan-Özbəkistan-1 – 1,5:2,5
    Özbəkistan-2-Kuba– 3:1
    Türkiyə-Anatolia-Qırğızıstan – 2:2
    Moldova-Monqolustan – 2,5:1,5
    Banqladeş-Latviya – 3:1
    CAR-1-Panama – 2,5-1,5
    CAR-3-Malayziya – 0,5-3,5
    Kanada-Türkiyə-White – 1,5:2,5
    İngiltərə-Şri-Lanka – 2,5:1,5
    Livan-Misir – 3,5-0,5

***

    8-ci turda 16 yaşadək Ümumdünya Şahmat Olimpiadasının çempion komandasının adı müəyyənləşib. Belə ki, son turda “Özbəkistan-2” komandasını 4:0 hesabı ilə məğlub edən “Türkiyə-Red” komandası çempionluğunu rəsmiləşdirib.
    Bu tur “Azərbaycan-Naxçıvan” komandası Livan yığması ilə qarşılaşıb. Görüş “sülh”lə başa çatıb – 2:2. 
    “Azərbaycan-1” komandası İran yığması ilə çətin görüşdən qalib ayrılıb – 2,5:1,5. 
    8-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
    Özbəkistan-1-Qazaxıstan – 2:5:1,5
    Qırğızıstan-Hindistan – 0:4
    Kuba-Moldova – 3:1
    Türkiyə-Anatolia-Azərbaycan-4 – 2,5:1,5
    Gürcüstan-1-Banqladeş – 3:1
    Türkiye-White-Monqolustan – 2:2
    Azərbaycan-2-İngiltərə – 3,5:0,5
    Meksika-CAR-1 – 2:2
    Latviya-Honqkonq – 3:1
    Malayziya-Kanada – 0,5:3,5
    Şri-Lanka-CAR-2 – 3:1
    Azərbaycan-3-Panama – 2,5:1,5
    Gürcüstan-2-CAR-3 – 0:4
    Misir-Azərbaycan-Sumqayıt – 0,5:3,5.

***

    İlk dəfə olaraq Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. “Türkiyə-Red” komandasının çempionluğu ilə başa çatan olimpiadanın son turu maraqlı oyunlarla yadda qalıb.
    Sonuncu turda “Azərbaycan-Naxçıvan” komandası “CAR-3” komandası ilə üz-üzə gəlib. Hüseyn Seyid, Rza Həsənli, Rəcəb Abdullabəyli və Nazlı Hümbətova kvarteti olimpiadaya major notlarla yekun vurublar. Belə ki, şahmatçılarımızın hər biri ağ-qara masanı qələbə ilə tərk ediblər – 4:0. Qeyd edək ki, olimpiadada Hüseyn Seyid 9 oyundan 7,5 xal toplamaqla, fərdi oyunlarda ən çox xal toplayan zəka sahiblərindən biri kimi adını tarixə yazdırdı.
    Turnir cədvəlinin üst sıralarını maraqlandıran görüşlərin birində “Azərbaycan-1” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşılaşıb. Görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. “Azərbaycan-2” komandası “Özbəkistan-2” komandası ilə 18-ci masada xalları yarı bölüblər – 2:2. Şri-Lanka yığmasını sınağa çəkən “Azərbaycan-4” komandası son turda qələbəyə sevinib – 3:1. “Azərbaycan-3” komandası isə İngiltərə millisi ilə görüşdə “sülh”ə imza atıb – 2:2.
    “Azərbaycan-Sumqayıt” komandası son turu böyük hesablı qələbə ilə başa vurub. Onlar “Gürcüstan-2” komandası qarşısında çətinlik çəkməyiblər – 4:0.
    Olimpiadanın qalibi “Türkiyə-Red” komandası Hindistan yığmasını sınağa çəkib. Qonşu ölkə təmsilçilərinin qələbəsi həm də “Azərbaycan-1” komandasının mükafatçılar siyahısına düşməsinə yardımçı olub – 3:1. “Özbəkistan-1” komandası son turda Kuba yığmasını məğlub etməklə olimpiadada gümüş medalın sahibi olub – 3:1.
    9-cu turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
    Qazaxıstan-Gürcüstan-1 – 3,5:0,5
    İran-Qırğızıstan – 3,5:0,5
    Moldova-Türkiyə-White – 1:3
    Kanada-Meksika – 2,5:1,5
    Monqolustan-Latviya – 2,5:1,5
    Banqladeş-CAR-1 – 1,5:2,5
    Honqkonq-Malayziya – 0,5:3,5
    Livan-CAR-2 – 2,5:1,5
    Panama-Misir – 4:0
    “Türkiyə-Red” komandası mümkün olan 18 xalın hamısını toplamaqla qalibiyyət qazanıblar. Digər iki pillədə isə 15 xalla “Özbəkistan-1”, 13 xalla “Azərbaycan-1” komandaları qərarlaşıblar. “Azərbaycan-Naxçıvan” komandası isə ötən olimpiadadan fərqli olaraq bu dəfə xal ehtiyatını bir qədər də çoxaltmağa nail olub. 8 xal toplayan komandamız mötəbər yarışı 20-ci pillədə başa vurub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 10.10.2022 21:11