AZ EN RU

Torpaqların su təminatı yaxşılaşdırılır

    Oktyabr ayında torpaq sahələrinin suvarılması işlərinin davam etdirilməsi məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizləmə işləri aparılmış, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilmiş, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət olunmuşdur. 
    Muxtar respublika üzrə su istifadəçilərinə oktyabr ayında 6,07 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 978 hektar torpaq sahəsi suvarılmışdır. Ötən ay 5,75 kilometr beton və torpaq kanal, 17,86 kilometr ara arxlar, 1,4 kilometr kollektor lildən təmizlənmiş, 4,8 kilometr içməli su, 0,14 kilometr kanalizasiya xətti, 5,27 kilometr suvarma, 0,12 kilometr təzyiqli boru xətti, 0,01 kilometr yeni kaptaj tikilmişdir. 2,59 kilometr mövcud içməli su, 0,1 kilometr kanalizasiya, 2,17 kilometr suvarma boru xətlərində, 3,92 kilometr təzyiqli boru xətlərində, 0,26 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Çeşməbasar və Güznüt kənd­ləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi üçün qazma işləri aparılmış, 4,72 kilometr paylayıcı xətlər quraşdırılmışdır. Şərur rayonunda Alışar kollektorunda 1,2, Sədərək rayonunda Heydərabad-“Şir arxı” kollektorunda isə 0,2 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 12, Sədərək rayonunda                   1 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,16, Babək rayonunda 0,31, Şahbuz rayonunda 0,25 kilometr içməli su xətti çəkilmiş, Şərur rayonunda 0,47, Babək rayonunda 0,34, Şahbuz rayonunda 0,08, Culfa rayonunda 0,28, Ordubad rayonunda 1,4, Kəngərli rayonunda isə 0,02 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsinə 4,08 kilometr uzunluğunda yeni içməli su xətti çəkilmişdir. Ümumilikdə, qəsəbənin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə uzunluğu 290 metr olan 2 kaptaj tikilmiş, 8397 metr uzunluğunda içməli su xətti quraşdırılmışdır. Babək rayonunda Payız kənd kaptajında 100, Culfa rayonunda Saltaq kənd kaptajında 60, Ordubad rayonunda Vənənd kənd kaptajında 100 metr təmir-bərpa işləri aparılmışdır. Şərur rayonunun Axura kəndində 10 metr uzunluğunda yeni kaptaj tikilmiş, Həmzəli kəndinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni kaptajın tikintisinə başlanılmışdır. Ordubad şəhərində 100 metr mövcud kanalizasiya xətlərində təmir işləri aparılmış, Şərur şəhərində 70, Babək rayonunda isə 72 metr kanalizasiya xətti quraşdırılmışdır. 
    Suvarma mövsümünü uğurla başa çatdırmaq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir işləri davam etdirilmişdir. Şərur rayonunda 1,76, Şahbuz rayonunda 0,07, Culfa rayonunda 0,11, Sədərək rayonunda 0,05, Kəngərli rayonunda isə 0,18 kilometr suvarma boru xətləri təmir olunmuşdur.Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda 0,55 kilometr yeni suvarma boru xətti çəkilmişdir. 
    Nasos stansiyalarında aparılan təmir-bərpa işləri ilə bərabər, təzyiqli boru xətlərində də təmir işləri aparılmışdır. Şərur rayonunda “Zeyvə-1”, “Kərimbəyli-1”, “Həmzəli-2”, Ərəbyengicə, Muğanlı və Alışar nasos stansiyalarının təzyiqli boru xətlərində 3,43, Babək rayonunda Kültəpə, “Araz-1” və Qoşadizə nasos stansiyalarının təzyiqli boru xətlərində 0,1, Şahbuz rayonunda Şahbuzkənd nasos stansiyasının, Şahbuz şəhərinin, Badamlı və Kolanı kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,1, Culfa rayonunda “Culfa-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,14, Sədərək rayonunda “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-3” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11, Naxçıvan şəhəri ərazisində Qaraçuq nasos stansiyasının təzyiqli boru xəttində isə 0,05 kilometr təmir işləri aparılmışdır. Bundan əlavə, Babək rayonunda Sirab gölünə nasos stansiyasından təzyiqli boru xəttinin çəkilişi davam etdirilmiş, 0,12 kilometr uzunluğunda xətt quraşdırılmışdır. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. 
    Oktyabr ayında 2 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış,              5 kəhrizdə isə işlər davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4-nə yeni nasos quraşdırılmaqla 69-u təmir olunmuşdur. Bundan əlavə,  Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının ərazisində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
    “Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə kanalizasiya və içməli su xətlərinin quyularında təmir-bərpa işləri aparılmış, yeni kanalizasiya quyuları tikilmiş, 0,84 kilometr içməli su, 0,97 kilometr kanalizasiya xətti quraşdırılmış, 25 evin içməli su xəttinə və kanalizasiya xəttinə birləşmə aparılmışdır. Nasos stansiyasında transformator və hücrə otaqlarının tikintisi davam etdirilmişdir. Kəngərli rayonunun Qarabağlar kəndində 1 subartezian quyusunun tikintisi başa çatdırılmış, 3,65 kilometr müxtəlif diametrli borularla içməli su xətti quraşdırılmışdır. Bundan əlavə, Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, su anbarlarının ətrafında abadlıq işləri aparılmışdır. Sədərək rayonunun Dəmirçi kəndində isə 0,5 kilometr içməli su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və

Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 23.11.2022 19:26