AZ EN RU

Tibb işçilərinin işə qəbulu üzrə müsabiqənin klinik tapşırıq mərhələsi keçirilib

    Bu mərhələ namizədin ixtisasına aid, habelə onun praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən              5 sualdan ibarət olmaqla yazılı şəkildə keçirilib, cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin olunub. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilib və sonra bütün suallar üzrə verilən ballar toplanılıb (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.
    İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur.
    Qeyd edək ki, 9-12 sentyabr tarixlərdə keçirilən imtahanın test mərhələsində qeydiyyatdan keçmiş 248 namizəddən 60-ı keçid balını toplayıb. Onlardan 58 namizəd klinik tapşırıq mərhələsində iştirak edib. İştirak edənlərdən həkim vəzifələri üzrə 20, orta tibb işçisi vəzifələri üzrə 29 namizəd uğur qazanıb. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 04.10.2022 21:39