AZ EN RU

Tələbələrlə görüş olub

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının I kurs tələbələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev açaraq bildirib ki, qısa zamanda məktəbin təlim-tədris prosesində müəyyən müsbət nəticələrə nail olunub. 2021-ci ildə polis məktəbini bitirən ilk məzunlar üçün təntənəli buraxılış mərasimi keçirilib, 25 gənc zabit daxili işlər orqanlarında müvafiq vəzifələrdə xidmətə başlayıblar.
    Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  hamiliyinə verilib. Müvafiq sərəncamlardan irəli gələn vəzifələrin icrasına Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşları cəlb edilməklə həmin tələbələrlə artıq bir neçə görüş keçirilib. 
    Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquq fənləri kafedrasının müdiri Elman Abbasov çıxışında hamiliklə bağlı müvafiq sərəncamların icrasının tələbələrin peşə biliklərinə yiyələnməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib. 
    Sonra tələbələr tədris şəraiti ilə yaxından tanış olublar.  

 Nail ƏSGƏROV

Nəşr edilib : 24.05.2022 19:57