AZ EN RU

Tələbələrin pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetində fakültələr üzrə cari tədris ilinin ikinci yarısına aid pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransları keçirilib. 
    Universitetin rektoru, dosent Elbrus İsayev pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətini, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
    Qeyd edək ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə, 379 nəfər IV kurs tələbəsi muxtar respublikanın 17 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedaqoji təcrübədə olacaqlar. Ümumilikdə, istehsalat təcrübəsinə cəlb edilən tələbələr isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, televiziya, qəzet redaksiyasında və bu kimi 26 dövlət müəssisəsində 14 həftə müddətində təcrübə keçəcəklər.

 Məmmədbağır DÜNYAMALIYEV 
Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə
 əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 18.02.2022 21:32