AZ EN RU

Tələbələrin istehsalat təcrübəsi başa çatıb

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin nazirlikdə keçdikləri istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
    Tədbirdə çıxış edən ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə əlaqədar nazirliyin üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən bəhs edib, bu istiqamətdə görülən işlərdən danışıb. Bildirilib ki, nazirliyin və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq fevral ayının 17-dən Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin 30 gün ərzində nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmələri təmin edilib. Nazir tələbələrin ədliyyə sahəsində nəzəri və praktik biliklərinin artırılmasında belə təcrübənin əhəmiyyətliliyini vurğulayıb, gələcəkdə onların öz peşə seçimində ədliyyə sisteminə maraq göstərəcəklərinə ümidvar olduğunu bildirib. 
    Sonra  nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov təcrübə müddətində tələbələrin cəlb olunduqları sahələr və tədris edilən  mövzularla bağlı məlumat verib.  
    Tədbirdə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquq fənləri kafedrasının müdiri Elman Abbasov  çıxış edib,  istehsalat təcrübəsinin tələbələrin bilik və bacarıqlarının artırılmasında və peşə seçimində mühüm əhəmiyyətini diqqətə çatdırıb.
    Sonda  nazirlik tərəfindən təcrübə dövründə fəal iştirak etdiklərinə və biliklərin qiymətləndirilməsində göstərdikləri nəticələrə görə tələbələrin bir qismi diplomlarla təltif olunub. 
    

 Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidmə
ti 

Nəşr edilib : 18.03.2022 20:12