AZ EN RU

Tələbələrə açıq dərs keçilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin Aqrar (fermer) təsərrüfatının təşkili ixtisasının tələbələrinə nazirliyin əməkdaşları tərəfindən açıq dərs keçilib.
    Açıq dərsdən əvvəl Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək adıçəkilən Sərəncamın icrasının əhəmiyyətindən, bu sahədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
    Keçilən dərs zamanı nazirliyin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Tural Haqverdiyev kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydaları və qəbul edilən Dövlət proqramlarının əhəmiyyəti, Texniki nəzarət və aqroservis sektorunun baş məsləhətçisi Səbuhi Həsənov aqrar sahənin müasir texnika və texnoloji avadanlıqlarla təchizatı ilə bağlı tələbələrə ətraflı məlumat veriblər.
    Sonda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.10.2022 20:50