AZ EN RU

Tələbə qızlar arasında badminton yarışı

Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı təsdiq olunan tədbirlər planının icrası davam etdirilir. Qrafikə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri  arasında badminton üzrə muxtar respublika birinciliyi keçirilib. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda 20 tələbə iştirak edib. 

Şəxsi birincilik xarakteri daşıyan birincilikdə Əminə Hüseynova (NDU) qalib olub. Ləman Məmmədli (Naxçıvan Müəllimlər İnstitutu) ikinci, Nuray Rəhimova (NDU) isə üçüncü sırada qərarlaşıb.  

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar davam etdirilməkdədir. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq. 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.11.2022 17:43