AZ EN RU

Təcrübədə olan tələbələr üçün seminar

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq şöbələrinin əməkdaşlarının iştirak etdiyi “Startap və maliyyə resurslarının idarə edilməsi” adlı seminara  Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasının istehsalat təcrübəsində olan IV kurs tələbələri cəlb olunub. 
    Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, təlimin təşkil edilməsində məqsəd  innovativ ideyaları inkişaf etdirmək üçün təcrübə prosesində tələbələrə dəstək göstərilməsi və onları muxtar respublikanın texnoloji inkişafında önəmli rol oynayan startapların genişləndirilməsinə yönləndirməkdir. Sonra ölkəmizdə  öz startap  layihələri ilə uğur qazanan gənclər və onların layihələrini əks etdirən videoçarx nümayiş olunub.
     Təcrübə rəhbəri Mehparə Məmmədova “Startap nədir və necə başlaya bilərəm?”, Təcrübəçi tələbə Həsən Abbasov  “Startapda maliyyə resurslarının  idarə edilməsi” modulları ətrafında çıxış ediblər. Startap layihələrinə professional yanaşmanın əsas göstəricisi kimi biznes-planın quruluşu, məqsədi və tərtib edilməsi qaydaları praktik olaraq izah edilib. 
    Tədbir diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb. 

Naxçıvan Muxtar Respublikası
 Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2022 19:37