AZ EN RU

Təbiətə qayğı göstərilir

    May ayının 14-də muxtar respublikamızda ağacəkmə kampaniyası yüksək səviyyədə təşkil olunmuşdu. 
    Həmin gün Naxçıvan şəhərində sutəmizləyici qurğunun yaxınlığındakı yaşıllıq sahəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, bərpa məqsədilə 238 həmişəyaşıl ağac əkilmiş, ahıl vətəndaşın evində təmizlik işləri görülmüşdür. 
    Şərur rayonunda Yengicə-Kərimbəyli avtomobil yolunun kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, qurumuş ağac budaqları kəsilmiş, təmizlik işləri aparılmışdır.
    Həmin gün Babək rayonunda Babək-Nehrəm yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, təmizlik işləri görülmüşdür. 
     Ordubad rayonunda Naxçıvan-Ordubad magistral yolu, Şəhriyar qəsəbə, Xanağa-Dırnıs-Pəzməri və Düylün-Üstüpü, Biləv kəndlərinə gedən yolların kənarlarında ağaclara aqrotexniki qulluq göstərilmişdir.
  Culfa rayonunda yaşıl­lıqlara aqrotexniki qulluq göstərilmiş, suvarma işləri aparılmışdır.
      Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun Xok kəndi hissəsindəki və Çalxanqala kəndinə gedən yolun kənarlarındakı bağlara aqrotexniki qulluq göstərilmiş, idarə və müəssisələrin işçiləri ərazilərində təmizlik işləri aparmışlar.
    Şahbuz rayonunda Şahbuz şəhər – Biçənək kənd avtomobil yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, yol kənarları alaq otlarından təmizlənmişdir.
    Sədərək rayonunda Heydərabad qəsəbəsindəki parkda, Bayraq Meydanının yaxınlığındakı 1 hektarlıq ərazidə, Dəmirçi və Qaraağac kənd­lərində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, budama və ot biçini işləri görülmüşdür.
    Ağacəkmə kampaniyasında 18 min 940 nəfər iştirak etmişdir. 

***

    Ekologiya könüllüləri Uzunoba Su Anbarının ətrafında təmizlik aksiyası keçirib. Əvvəlcə könüllülər tədbirin təşkilatçıları tərəfindən ətraflı şəkildə məlumatlandırılıb və keçirilən təmizlik aksiyasının təbiətin mühafizəsi baxımından əhəmiyyətindən danışılıb.

    Sonra aksiyaya start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər ərazidəki məişət tullantılarını toplayıb, ətrafda səliqə-sahman yaradıblar. Toplanılan tullantılar təmizlik maşınına təhvil verilib və əraziyə yeni təmizlik qutusu yerləşdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.05.2022 18:59