AZ EN RU

“Sterilizasiya işinin təşkili” mövzusunda kurs təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində muxtar respublikanın orta tibb işçilərinə “Sterilizasiya işinin təşkili” mövzusunda kurs keçilib.
    Tədbirdə Mərkəzinin həkim-laborantı Gültəkin Mərdanova sterilizasiya və onun növləri haqqında məlumat verib. Bildirib ki, iltihab prosesləri xəstəni əhatə edən əşyalardan, havadan, yara ilə təmasda olan ləvazimatlardan və başqa mənbələrdən həmin nahiyəyə düşmüş bakteriyaların fəaliyyəti sayəsində törənir. Bunun üçün tibbi alətlərin sterilliyi əsas götürülür. Bu tədbirlərə palataların və cərrahiyyə əməliyyatı otaqlarının havasının, divar, döşəmə və tavanın təmiz saxlanması, həkim və tibb işçilərinin təmizliyi, eləcə də tibbi alətlərin, sarğı materiallarının, şpris və iynələrin sterilizasiyası  aiddir.Vurğulanıb ki, kursu təşkil etməkdə məqsəd orta tibb işçilərini maarifləndirmək, onlara tibbi təhlükəsizlik tədbirlərinə düzgün əməl etməyi  aşılamaqdır.
    Çıxış videogörüntülərlə müşayiət olunub, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

mətbuat xidməti 

Nəşr edilib : 11.02.2022 18:44