AZ EN RU

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 142 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 142 yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 828 nəfər müalicə olunaraq sağalıb, 9 min 627 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 507 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 454, bu günə qədər isə ümumilikdə 6 milyon 640 min 773 test icra olunub.

Nəşr edilib : 15.03.2022 16:26