AZ EN RU

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1068 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1068 yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 min 156 nəfər müalicə olunaraq sağalıb, 8 min 581 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 683 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 795, bu günə qədər isə ümumilikdə 6 milyon 45 min 582 test icra olunub.

Nəşr edilib : 21.01.2022 16:49