AZ EN RU

Şərur gəncləri ilə görüş

    Muxtar respublikada gənclərin problemlərinin həlli, fikir və təkliflərinin dinlənilməsi, eləcə də onların müxtəlif sahələrdə yenilikçiliyi və təşəbbüskarlıqlarının artırılması məqsədilə keçirilən ənənəvi görüşlər davam etdirilir. 
    Şərur rayonunun gəncləri ilə keçrilən görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri Ramil Hacı nazirliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, gənclərin şəxsi inkişafı və dünya görüşünün formalaşması, yaradıcılıq potensialının yüksəlməsi, müxtəlif sahələr üzrə təcrübə qazanması və yeni biliklərə yiyələnməsi üçün davamlı olaraq tədbirlər, layihələr icra olunur. Muxtar respublikada istedadlı gənclərin qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi Ali Məclis Sədrinin gəncliyə olan qayğısını, rəğbətini və yüksək gözləntilərini əks etdirir. İstifadəyə verilən böyük idman obyektləri, məşq bölmələri, bu sahədəki kütləvilik və qazanılan uğurlar diyarımızın idman potensialının davamlılığı və perspektivini nümayiş etdirir. 
    Nazir sonda gəncləri maraqlandıran sualları cavablandırıb.

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 16.03.2022 20:10