AZ EN RU

Sertifikatlar təqdim olunub

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır. Bu məqsədlə onlayn kurslar təşkil olunur, təlimlər keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşların ixtisasartırma kurslarına cəlbi təşkil olunur. Bu tədbirlərin məntiqi davamı olaraq nazirliyin 2022-ci il iş planına əsasən Culfa, Şahbuz və Kəngərli rayon rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssisləri ixtisasartırma kurslarına cəlb olunublar. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən həmin kursları bitirən 17 müdavimə sertifikatlar təqdim olunub. 
    Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru üzrə təşkil edilmiş kurslarda rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunub. 

Naxçıvan Muxtar Respublikası Rabitə və 
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.06.2022 19:53