AZ EN RU

Şəhidlik hünər, qeyrət zirvəsidir

Abdullayev İntiqam Allahverdi oğlu 1998-ci il 12 avqust Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. Uşaq yaşlarından Vətənə sevgisiylə böyüyən İntiqam 2004-cü il şəhid Surxay Rzayev adına Düylün kənd tam orta məktəbinin birinci sinifinə daxil olur. Məktəbdə də sevilib-seçilən İntiqam 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. Bununla da hərbi fəaliyəti başlamışdır. Hərbi məktəbdə də Təlim-Tərbiyəsi ilə seçilən İntiqam İdman növü olan Voleybolda da yaxşı nəailiyətlər göstərərək Fəxri fərmanlarla təltif edilmişdir. 2016-cı ildə Hərbi Liseydə idman (voleybol) üzrə fərqlənmə ilə bitirmiş Heydər Əliyev adına AAHM daxil olmuşdur. Burada da voleybolu davam etdirərək bir çox tarışlara qatılmış və birinciliklə bitirmişdir. O Türkiyə və Gürcüstanda da kecirilən voleybol yarışlarında öz komandasının iştiraki ilə ard-arda 2 dəfə qalibiyətə imza atmışdır. 2020-ci ildə AAHM-nin “MOTOATICI” ixtisası üzrə bitirmişdir. Heydər Əliyev adına AAHM-ni bitirdikdən sonra leytenant hərbi rütbəsi almış bununla da döyüş yolu başlamışdır. Qazax rayonunda yerləşən “N” hərbi hissədə taqım kamandiri vəzifəsinə təyin edilmiştir. Daha xidmətinin ikinci ayında olmasına baxmayaraq, leytenant Abdullayev “N” saylı hərbi hissənin “Ən yaxşı Taqım Komandiri” adına layiq görülmüş və “N” hərbi hissənin briqada komandiri tərəfindən “Fəxri fərman” və qiymətli hədiyyə ilə mükafatlandırılmışdı. Azərbaycan Ordusunun leytenantı olan İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. 3 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İntiqam Abdullayevin cənazəsi uzun müddət düşmən tərəfdə qalır. O uzun müddət itkin düşmüş sayılır. Şəhadətindən 165 gün sonra onun şəhid xəbəri gəlir. Və 18 mart 2021-ci ildə Ordubad rayonunun Düylün kəndində dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” “Şücaətə görə” “Kəlbəcərin azad olunmasina görə” medallari, “Rəşadət ordeni” ilə təltif edilmişdir. Ailəsi ilə son danışığında “Qarabagı azad edəcəyik və bütov Azərbaycan olacağıq” deyib. Dostlarının ailəsinin qohumlarının sevimlisi olan İntiqamın gedisi onları cox sarsıtdı. Ruhun şad olsun səhidim.

Birgül ƏLİYEVA

Naxçıvan Dövlət Universiteti, texnologiya ixtisası III kurs

Nəşr edilib : 17.03.2022 17:25