AZ EN RU

Şəhər birinciliyi keçirilib

    Naxçıvan şəhərindəki “N” hərbi hissənin təlim-məşq meydanında yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası iştirak edib. Komandalar  100 və 2000 metr məsafəyə qaçış, qumbaraatma və turnikdə dartınma növlərində güclərini sınayıblar.
    Yarışın yekununa əsasən 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 14 nömrəli tam orta məktəbin komandası ikinci, 10 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerlə kifayətlənib. 
    Sonda yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim edilib.
    Qeyd edək ki, 9 nömrəli tam orta məktəbin komandası Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.04.2022 19:05