AZ EN RU

Şəhər birinciliyi başa çatıb

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr (2008-2009-cu illər) arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
    Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan  idmançıları ilə yanaşı, Şərur, Kəngərli, Ordubad, Sədərək və Babək rayonlarının idmançıları da mübarizə aparıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 13 çəki dərəcəsində 60 dəri əlcək sahibi qüvvəsini sınayıb.
    Birinciliyin yekun nəticəsinə əsasən Əli Əbilov (37 kiloqram, Kəngərli), Fikrət Abbasov (40 kiloqram, Kəngərli), Məhəmməd Məmmədov (42 kiloqram, Şərur), Qafar Abbasov (44 kiloqram, Naxçıvan), Emil Kazımlı (46 kiloqram, Naxçıvan), Haqverdi Həsənov (48 kiloqram, Naxçıvan), Qurban Həsənli (50 kiloqram, Kəngərli), İlkin Həsənli (52 kiloqram, Kəngərli), Murad Babazadə (57 kiloqram, Naxçıvan), Fuad Əhmədov (60 kiloqram, Naxçıvan), Sarvan Abdullazadə (63 kiloqram, Sədərək), Əli Abdullazadə (70 kiloqram, Naxçıvan) və Kənan Allahverdiyev (75 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
    Sonda hər çəki dərəcəsində yer tutan idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.06.2022 18:05