AZ EN RU

Şahmatçımız ölkə çempionu olub

    İyunun 16-da Bakı şəhərində start götürən oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir. Müəyyən yaş kateqoriyalarını əhatə edən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçıları da mübarizə aparırlar. Artıq 16 yaşlı qız zəka sahiblərinin birinciliyinə yekun vurulub. Bu yaş qrupunda mübarizə aparan şahmatçımız Nazlı Hümbətova böyük uğura imza atıb. Belə ki, zəka sahibimiz öz yaş qrupunda ölkə çempionu adını qazanıb. O, 7 turdan 5,5 xal toplayıb və ən yaxın rəqibini yarım xal qabaqlayaraq bu ada layiq görülüb.
    Qeyd edək ki, ölkə çempionu olan şahmatçılar Azərbaycan yığmasının heyətində öncədən müəyyənləşdirilmiş turnirlərdə mübarizə aparacaqlar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 24.06.2022 20:23