AZ EN RU

Şahmatçılar üçün növbəti ustad dərsləri

    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti ustad dərslərinə start verilib.
    Azərbaycan milli komandasının üzvləri – beynəlxalq qrossmeyster Eltac Səfərli və beynəlxalq qrossmeyster Vasif Durarbəylinin iştirakı ilə keçirilən dərslər avqust ayının 19-dək davam edəcək.
    Naxçıvan Şahmat Mərkəzində təşkil edilən ustad dərsləri gündə iki dəfə təşkil olunur. Belə ki, günün ilk yarısında federasiyanın titullu şahmatçıları, ikinci yarısında isə reytinqli şahmatçılar dərslərdə iştirak edir.
    Bu arada, Şahmat Federasiyasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində azyaşlı şahmatçılar üçün təlim-məşq toplanışı da keçirilib. 3 gün davam edən toplanışda şahmat məktəblərindən, ümumilikdə, 30 şagird və 4 müəllim iştirak edib. Təlim-məşq toplanışının keçirilməsində məqsəd yeniyetmə və gənclərə şahmata marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi, asudə vaxtlarının səmərəli təşkili, zehni məşğələlərə stimullaşdırılması, eləcə də onların peşəkar idmançı kimi yetişməsinə təkan vermək olub. Ustad dərslərini beynəlxalq usta, beynəlxalq hakim və şahmat üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə, Naxçıvan Şahmat Mərkəzinin müəllimləri Urfan Sevdimaliyev, Tural Zeynalov və Əli Məmmədov tədris ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 15.08.2022 18:23