AZ EN RU

Şahmat üzrə norma və reytinq yarışları keçirilir

    Şahmat Mərkəzində yerli və xarici şahmatçıların iştirakı ilə beynəlxalq reytinq statuslu yarışlar təşkil olunub.
    Dairəvi sistem üzrə keçirilən norma turnirində (13-19 mart) Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycan, Gürcüstan, İran və Türkiyədən olan zəka sahibləri olmaqla, ümumilikdə, 10 nəfər iştirak edir. Qrossmeyster, FIDE ustası və beynəlxalq ustaların mübarizə apardığı yarış 9 turdan ibarətdir.
    Reytinq turnirində (13-17 mart) isə biri İran, digərləri yerli şahmatçılar olmaqla, müxtəlif yaş və reytinqli 36 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır. Turniri ilk 5 pillədə tamamlayanlara və 1500-1700, 0-1500 reytinq əmsalı üzrə birinci yerlərə pul mükafatı təqdim olunacaq. 

Naxçıvan Muxtar Respublikası Gənclər vəİdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 14.03.2022 19:41