AZ EN RU

Şahmat üzrə birincilik

    Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunan şahmat üzrə keçirilən birinciliyə yekun vurulub.
    Məktəbin 3 və 4-cü sinif şagirdləri arasında keçirilən birincilikdə 18 zəka sahibi qüvvəsini sınayıb. Birinciliyin açılış mərasimində çıxış edən məktəbin direktoru Esmira Həsənova Hüseyn Cavidin 140 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncamını xatırladaraq muxtar respublikada təhsil ocaqlarının indiyədək nailiyyətlərlə dolu bir yol keçdiyini vurğulayıb. Bildirib ki, muxtar respublika rəhbərinin idmana diqqət və qayğısı sayəsində Naxçıvan artıq regionda özünün idman imicini formalaşdırıb. Bu yarışın əsas məqsədi şagirdlər arasında şahmatın təbliği və kütləviliyinə nail olmaqdan, perspektivli idmançıların aşkar edilməsindən ibarət olub.
    Olimpiya sistemi üzrə təşkil edilən birincilikdə qalib adını Yusif Qənbərov qazanıb.
    Sonda qalib şahmatçılar fəxri fərmanla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 29.10.2022 00:59