AZ EN RU

Rəsmi internet saytı yenilənib

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yenilənmiş rəsmi internet saytı təqdimatı olub. Bu münasibətlə keçirilən tədbiri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin direktoru Bəxtiyar İsmayılov açaraq bildirib ki, Muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində və elektron xidmətlərin müasir tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Bu tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet səhifəsi də ən müasir proqramlaşdırma dillərindən istifadə edilərək funksionallıq və innovativ yeniliklərin tətbiqi baxımından daha geniş imkanlara sahib olmaqla modern üslubda və dizaynda yenidən hazırlanıb. Qeyd olunub ki, saytın müasir formada tərtibatı Xidmətin fəaliyyətinə dair informasiya istehlakçılarının mütəmadi olaraq məlumatlandırılmasına daha geniş və operativ imkanlar yaradacaq, dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni sayt Xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Bəxtiyar ismayılov çıxışının sonunda yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    Qeyd edək ki, aibn.nakhchivan.az domen adı ilə təqdim olunan saytın ana səhifəsində istifadəçilər Xidmətin və onun struktur bölmələrinin fəaliyyət istiqamətləriilə tanış ola, bölmə və altbölmələrə keçid edə bilərlər.
    “Mətbuat” bölməsində “Xəbərlər” alt bölməsinə keçid təmin olunub və muxtar respublikanın ictimai həyatında baş verən hadisələr öz əksini tapıb. “Məqalələr” alt bölməsində Xidmətin funksional fəaliyyətinə və əlamətdar günlərə dair materiallar, “Hesabatlar” bölməsində isə aylıq hesabatlar öz əksini tapıb. Foto qalereya və video qalereya bölməsində Xidmətə dair müvafiqşəkil və videolar yerləşdirilib. “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilib, saytın “Naxçıvan Muxtar Respublikası” adlı bölməsində isə muxtar respublikamızın inkişafını və  turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slayd formasında yerləşdirilib. 
    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də  domenə bağlı e-poçt adresləri ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına 
Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2022 18:28