AZ EN RU

Rabitə xidmətinin keyfiyyəti yüksəldilir

    Rabitə sistemində yeni texnologiyaların tətbiqi, internet şəbəkəsinin genişlənməsi günümüzün tələbləri sırasındadır. Bu məqsədlə Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunur. 
    Şərur rayonunda da əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə bir sıra işlər görülməkdədir. Belə ki, rayonun Xanlıqlar, Şəhriyar, Mahmudkənd, Zeyvə, Tumaslı Qarxun, Axura, Tənənəm, Püsyan, Ələkli, Çərçiboğan və Çomaxtur kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEİ NGN tipli avtomat telefon stansiyalarına, ümumilikdə, 14 ədəd 32 yerlik internet plataları əlavə edilib ki, bu da nəticə etibarı ilə 448 nəfər internet istifadəçisinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb.
    Bunlarla yanaşı, tələbata uyğun olaraq Babək rayonunun bir sıra kəndlərində, Şahbuz rayonunun Daylaqlı və Culfa rayonunun Teyvaz kəndlərində də mövcud avtomat telefon stansiyalarına müxtəliftutumlu internet platalarının artırılması da nəzərdə tutulub.
    Qeyd edək ki, ötən il ərzində də Şərur rayonunda əhalinin internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə  mövcud avtomat telefon stansiyalarına 47 ədəd müxtəliftutumlu internet platası artırılıb.

***

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyi tərəfindən Ordubad Rayon Rabitə İdarəsinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşları Ordubad Texniki Peşə və Sürücülük Məktəbində ixtisasartırma kurslarına cəlb ediliblər. 

    Kabel lehimləyici və rabitə montyoru üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunur.
    Kursun tədris müddəti 2 aydır və hazırda bu kursda 11 müdavim təhsil alır. Kursu bitirən hər bir iştirakçı müvafiq hüquqi sənədlə (sertifikat) təmin olunacaqdır. 
    Qeyd edək ki, 2021-ci il ərzində Naxçıvan şəhəri, Şərur və Babək rayon Rabitə idarələri olmaqla, ümumilikdə, 57 rabitə əməkdaşı ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. 

 Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.01.2022 20:00