AZ EN RU

Peyntbol birinciliyinin qalibi müəyyənləşib

    Naxçıvan Atıcılıq Mərkəzində gənc­lərdən ibarət komandalar arasında peyntbol üzrə muxtar respublika birinciliyi reallaşıb. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Atıcılıq Federasiyasının birgə təşkil etdikləri yarışda şəhər və rayonları təmsil edən 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.
    Nəticələrə əsasən “Şərur” komandası birinciliyin qalibi olub. “Culfa” və “Şahbuz” müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
    Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində nazirliyin əməkdaşı Tural İsmayılov və federasiyanın sədr müavini Vasib Abdullayev yarışın önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib.
    İlk üçlükdə qərarlaşan komandalara kubok, diplom və peyntbol oyunu üçün kupon təqdim edilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 30.09.2022 21:13